Qeyri-münasib fotoları ilə şantaj edirmiş - Xanım TikTokerin saxlanılmasının DETALLARI

"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həbsinin detalları məlum olub. 

Nov 24, 2024 - 22:41
Qeyri-münasib fotoları ilə şantaj edirmiş - Xanım TikTokerin saxlanılmasının DETALLARI

SAVASHMEDİA.az lent.az-a istinadən bildirir ki, iş üzrə zərərçəkənin vəkili Yusif Seyfəlov bildirib ki, Aybəniz Xəlilova şantaj etdiyi şəxslə 17 ay münasibətdə olublar. 

"Zərərçəkmişin sözlərinə görə, onların münasibətinin 2 ayı tamam olandan sonra Aybəniz Xəlilova qarşı tərəfi şantaj edərək hədə-qorxu ilə pul tələb etməyə başlayıb. Bu pulun məbləği 830 min manatdan artıqdır. 

Şantajlar isə zərərçəkmişin qeyri-münasib şəkilləri ilə edilib. Aybəniz Xəlilova bu fotoları onun telefonundan köçürüb".