Paşinyanın ofisi təsdiqlədi - Zəngəzur dəhlizi icarəyə veriləcək
Zəngəzur dəhlizinin biznes idarəçiliyi özəl sektora həvalə oluna bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.
Onun sözlərinə görə, proses Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməlidir.
"Yeri gəlmişkən, Ermənistanda magistral yolların saxlanması və idarə olunması həmişə özəl şirkətlərə həvalə olunub", - Baqdasaryan əlavə edib.
Bu günlərdə Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib ki, Zəngəzur dəhlizi ölkənin inkişafı üçün yeni imkanlar aça bilər:
"Əgər biz Sünikin 43 kilometrini açsaq, bu, böyük imkanlar verəcək. Sülh yollarının kəsişməsi artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Biz sadəcə olaraq, mövcud reallığı göstəririk. Bizim məqsədimiz tez bir zamanda sülh sazişinin imzalanmasıdır".
Oğuz