"Sözlərinə diqqət et, uğursuz prezident" - Tramp Medvedevi hədələdi 

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedevi sərt tənqid edib. 

Jul 31, 2025 - 12:02
"Sözlərinə diqqət et, uğursuz prezident" - Tramp Medvedevi hədələdi 

SAVASHMEDİA.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp Rusiya və Hindistanın hərəkətlərinə əhəmiyyət vermədiyini bildirib və onların iqtisadiyyatlarını “ölü” adlandırıb:

“Medvedev sözlərinə diqqət etməlidir, çox təhlükəli əraziyə girir. O, hələ də Rusiya lideri olduğunu düşünən uğursuz keçmiş prezidentdir. Vaşinqton Rusiya neftinin ən böyük alıcılarından biri olan Dehliyə Ukraynayada davam edən müharibə fonunda cərimə tətbiq edəcək”.

Qeyd edək ki, Dmitri Medvedev iyulun 28-də Trampın Rusiyaya ultimatum vermək cəhdlərinin ABŞ-la Rusiya arasında birbaşa toqquşmaya səbəb ola biləcəyini söyləyib.

Oğuz