Şolts onunla danışmağa hazır olduğunu dedi  - Putinə Berlindən mesaj var

Almaniya kansleri Olaf Şolts bir daha Rusiya lideri Vladimir Putinlə Ukraynada ədalətli sülhə dair danışıqlara hazır olduğunu bəyan edib.

Oct 16, 2024 - 17:30
Şolts onunla danışmağa hazır olduğunu dedi  - Putinə Berlindən mesaj var

SAVASHMEDİA.az “Rheinische Post” nəşrinə istinadən xəbər verir ki, Şolts bu barədə Bundestaqda Aİ liderlərinin qarşıdan gələn sammiti münasibəti ilə çıxış edərkən bildirib.

Rusiya-Ukrayna müharibəsindən danışarkən kansler xatırladıb ki, Rusiyanın növbəti Ukrayna Sülh Sammitində iştirakına razıdır.
 
Bununla belə, o, vurğulayıb ki, Ukraynanın mövqeyini nəzərə almadan və ən yaxın tərəfdaşlarla məsləhətləşmədən qərar qəbul etməmək kimi aydın prinsiplərə sadiqdir. 

Kansler həmçinin bildirib ki, saysız-hesabsız rus əsgərləri hər gün Rusiya prezidentinin imperialist çılğınlığının qurbanına çevrilirlər.

“Onlar həm də onun ölkəsini genişləndirməyə yönəlmiş siyasətinin qurbanıdırlar. Bu, Avropada təkrarlanmamalı olan haldır”, - deyə Şolts əlavə edib.

Xatlırladaq ki, bundan əvvəl Almaniya kanslerinin noyabrda Braziliyada keçiriləcək G20 görüşü ərəfəsində Putinlə telefon danışığı imkanını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı. 

Kreml bildirmişdi ki, Putin kanslerlə danışmağa hazırdır, lakin bu barədə Berlindən təklif daxil olmayıb. 

Xatirə SADİQ