Mask Trampa 10 milyon dolları kimin vasitəsilə ötürüb? - “The Wall Street Journal” adlar çəkdi
Amerikalı milyarder İlon Mask respublikaçılara nəhəng maliyyə dəstəyini düşünüldüyündən daha öncə reallaşdırmağa başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin mənbələrinə görə, “Tesla” şirkətinin baş direktoru İlon Mask gizli şəkildə Trampın köməkçisi Stiven Miller və Florida qubernatoru Ron Desantisin tərəfdarları ilə əlaqəli qruplara gizli şəkildə on milyonlarla dollar köçürüb.
Əvvəlcədən bəyan edilməyən maliyyə ianələri göstərir ki, Mask eks-prezident Donald Trampı dəstəkləyən süperkomitənin yaradılmasından çox-çox əvvəl respublikaçı təşəbbüslərin və namizədlərin maliyyələşdirilməsində hərəkətverici qüvvə olub. Maliyyə donoru olması və sosial şəbəkələrdəki çoxlu sayda tərəfdarları onu ABŞ siyasətinin nüfuzlu fiquruna çevirib.
Mənbələrin sözlərinə görə, Maskın pulları “Faithful&Strong Policies” adlı qrup vasitəsilə köçürülüb. Desantisin ölkə prezidentliyi uğrunda mübarizəsinə Maskın maddi töhfə verməsi barədə əvvəllər heç bir məlumat verilməyib. Söhbət 10 milyon dollardan gedir.
2024-cü ilin martında Mask ABŞ-də keçiriləcək prezident seçkilərində heç bir namizədin seçkiqabağı kampaniyasına maliyyə dəstəyi verməyəcəyini bəyan etsə də, yayda mediaya məlum olub ki, milyarder Trampın seçkiqabağı kampaniyasını dəstəkləyən komitəyə hər ay 45 milyon dollara yaxın vəsait ayırmağı planlaşdırır.
Tramp isə sentyabrda bildirib ki, qələbə çaldığı təqdirdə Maska Ağ Evdə vəzifə verəcək.
Xatirə SADİQ