“Putin Uitkoffla taksi sürücüsü kimi danışıb” – Savik Şuster

Tanınmış jurnalist Savik Şuster amerikalı prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoffu “savadsız adam” adlandırıb.

Apr 4, 2025 - 19:13
“Putin Uitkoffla taksi sürücüsü kimi danışıb” – Savik Şuster

SAVASHMEDİA.az xəbər verir ki, o, bunu ukraynalı jurnalist Alesa Batsmana müsahibəsində deyib.

Savik Şuster bildirib ki, Stiv Vitkoffun amerikalı jurnalist Taker Karlsonla müsahibəsini çox diqqətlə araşdırıb.

“Biz bunu ətraflı müzakirə etməmişik. Orada 98 dəqiqədir. Yarısı Yaxın Şərq, yarısı Ukrayna ilə bağlıdır. Bu, çox dostcasına müsahibə oldu. Taker Karlson hər dəfə fürsət düşəndə onu tərifləyirdi:

“Sizin qeyri-adi həyatınız var. Siz hüquqşünas idiniz, sonra tikinti sahibi idiniz. İndi siz diplomatsınız”. Uitkoff özünü tamamilə savadsız adam kimi göstərdi. Müsahibə əsnasında altı-yeddi dəfə “preposterous” (mənasız) sözünü təkrarladı. Bu söz çox nadir hallarda istifadə olunur. İnsanlar bir söz bilməklə sizi təsirləndirməyə çalışanda bu, onların intellekt səviyyəsindən xəbər verir”, - Şuster izah edib.
 
Şuster hesab edir ki, Uitkoffun diplomatiyaya heç bir dəxli yoxdur: “Düşünürəm ki, Putin onunla taksi sürücüsü kimi danışıb…”

Xatirə SADİQ