Aeroportun tualetinə atılan körpənin anası və nənəsi saxlanıdı – İlkin ifadələri + FOTOLAR
Türkiyə məhkəməsi yeni doğulmuş körpəsini Antalya hava limanının tualetində qoyub qaçan Rusiya vətəndaşı Yekaterina Burnazkinanın həbsinə qərar verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “DHA” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, 18 yaşlı rusiyalı qadına qarşı cinayət işi açılıb, onun anası da saxlanılıb.
Polisdə dindirilərkən Yekaterina Burnazkina hamiləliyindən xəbərsiz olduğunu iddia edib. Məhkəmə Yekaterinaya tibbi yardım göstərdikdən və dindirildikdən sonra onun həbsinə qərar verib. Onun anası Yelena Burnazkina isə bazar ertəsi axşam həbs edilib.
Bundan öncə Rusiya Federasiyasının Antalyadakı Baş konsulluğu başabəla ananın tərk etdiyi uşağın təhlükədə olmadığını, qızın anası ilə birlikdə Rusiyaya getməyi planlaşdırdığını dəqiqləşdiriıdiyini bildirmişdi.
Konsulluq uşaq üçün lazımi sənədləri hazırlayır və Türkiyə dövlət orqanları ilə əməkdaşlıq edərək lazımi konsulluq tədbirlərini həyata keçirir.
Xatirə SADİQ