Saxlanılan şəxs Elməddin Cəfərovu niyə vurduğunu açıqladı - DETALLAR

Bu gün saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Mar 2, 2025 - 15:35
Saxlanılan şəxs Elməddin Cəfərovu niyə vurduğunu açıqladı - DETALLAR

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.

Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.