Ronaldo Təbrizə getməkdən imtina etdi - "Otelə hücum etmişdilər"

Asiya Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "İstiqlal"- "Əl-Nəsr" matçında qonaq komandanın ulduzu Kriştiano Ronaldo iştirak etməyə bilər.

Mar 2, 2025 - 15:52
Ronaldo Təbrizə getməkdən imtina etdi - "Otelə hücum etmişdilər"

Portuqaliyalı futbolçuya təhlükəsizlik baxımından Təbrizə getməmək tövsiyə olunub.

Buna səbəb isə 2023-cü ilin sentyabrında "Əl-Nəsr"in İrana səfəri zamanı yerli azarkeşlər Ronaldunu görmək üçün otelə hücum etməsidir.

Səudiyyə Ərəbistan təmsilçisi matçın başqa ölkəyə keçirilməsini istəyib, lakin İran klubu bununla razılaşmayıb.

3 mart tarixində keçiriləcək matçda Ronaldonun iştirak edib-etməməsi haqqında hələlik rəsmi qərar verilməyib. (sportinfo)