“Qazaxıstan seçimində özgürdür” – Peskov qazaxıstanlı həmkarına cavab verdi

“Rusiya Qazaxıstanla münasibətlərini yüksək qiymətləndirir, lakin BRİKS BMT-nin əvəzedicisi deyil”.

Oct 16, 2024 - 17:15
“Qazaxıstan seçimində özgürdür” – Peskov qazaxıstanlı həmkarına cavab verdi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, Kreml qonşu ölkənin BRİKS-lə bağlı mövqeyinə hörmətlə yanaşır. “Qazaxıstan bizim dostumuz, strateji tərəfdaşımız, müttəfiqimizdir. Biz münasibətlərimizi qiymətləndiririk. Bu, birincisi. Ona görə də təbii ki, Qazaxıstan özü müəyyən təşkilatlarda iştirak formatı ilə bağlı qərarlar qəbul edir”.

Kremlin sözçüsü onu da vurğulayıb ki, BRİKS BMT-ni əvəz etməyə çalışan birlik deyil, əksinə, dünya təşkilatının universal xarakterini tamamlayır və heç bir halda ziddiyyət təşkil etmir.

“Biz Qazaxıstan prezidentinin BRİKS+ formatında iştirak etmək üçün Kazana gəlişini səbirsizliklə gözləyirik. İstənilən halda, Qazaxıstan prezidentinin iştirakı regional və beynəlxalq əməkdaşlığın inkişafına böyük töhfə olacaq”, - deyə Peskov vurğulayıb.

Bundan öncə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali bildirib ki, Astana BRİKS-ə üzv olmaq üçün müraciət etməkdən çəkinəcək, çünki ölkəsi universal və alternativsiz təşkilat kimi BMT-yə üstünlük verir.

BRIKS sammiti 22-24 oktyabr 2024-cü il tarixlərində Kazanda keçiriləcək. Sammitdə 30-dan çox dövlət başçısının, BMT-nin baş katibinin və bir sıra iri beynəlxalq təşkilatlarən iştirakı gözlənilir.

Xatirə SADİQ