Xamenei Trampın məktubuna cavab verdi
İran Omanın vasitəçilik xidmətlərindən istifadə edərək ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali dini lideri Əli Xameneiyə ünvanladığı məktuba rəsmi cavab göndərib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi IRNA agentliyinə müsahibəsində deyib.
Arakçinin sözlərinə görə, cavabda iki sənəd var. Birincidə Tehranın dünyadakı mövcud vəziyyətlə bağlı fikirləri, ikincisində isə Trampın məktubunda yer alan tezislər tam təhlil edilir və şərhlər verilir.
Martın 7-də Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, o, Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərib. İran lideri Amerika prezidentinin bu bəyanatını şərh edərkən vurğulayıb ki, Vaşinqton yalnız öz maraqlarını düşündüyü üçün ölkəsi ABŞ ilə dialoqa getməyəcək.
Oğuz