"Çox sevinirəm, Tovuzda bayramdır" - Kurban Berdiyev
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Sabah” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.
SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssis Azərbaycan Premyer Liqasının X turunun oyunundan sonra qələbəyə sevindiyini, lakin matçın sonlarında komandasının təşəbbüsü rəqibə verdiyini bildirib.
“Qalib gəldiyimiz üçün çox sevinirəm. Ağır oyun oldu. Matçın sonlarına yaxın təşəbbüsü əldən verdik. Amma istənilən qələbəyə görə şadam”, - Berdıyev bildirib.
O, qələbədə futbolçuların motivasiyası və intizamının mühüm rol oynadığını vurğulayıb. Hayderson Hurtadonun aldığı sarı vərəqəni isə emosiyalarla əlaqələndirib.
Berdıyev “Turan”ın voleybol komandasının uğuruna da toxunub:
“‘Turan" voleybol komandasının ilk oyununu da izləmişdim. Dünənki cavab görüşünü də izlədim. Onlara görə həyəcan keçirirdim. Şükür Allaha, qələbə qazandılar. Allah qismət etsin ki, Bolqarıstan klubuna da qalib gəlsinlər. Bu, Tovuz azarkeşləri üçün bayramdır”.
Aytən