Sergey Lavrov ABŞ-yə getdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-yə səfər edib.

Oct 30, 2026 - 11:12
Sergey Lavrov ABŞ-yə getdi

SAVASHMEDİA.az xəbər verir ki, Lavrov Atlantada keçiriləcək G20 xarici işlər nazirlərinin oktyabrın 30-31-də baş tutacaq görüşündə Rusiyanı təmsil edəcək.

Rusiya XİN rəhbərinin tədbir çərçivəsində bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir. Onun ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb-aparmayacağı isə  dəqiqləşməyib.

Oğuz