Bu ölkə Tramp və Putinə öz ərazisini təklif etdi - "Görüşə ev sahibliyi edərik"  

İsveçrə Rusiya prezidenti Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın xahişi ilə onların görüşünə ev sahibliyi etməyə hazırdır.

Jan 12, 2025 - 09:15
Jan 12, 2025 - 09:16
Bu ölkə Tramp və Putinə öz ərazisini təklif etdi - "Görüşə ev sahibliyi edərik"  

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Le Temps” qəzeti İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidota istinadən məlumat yayıb.

"Ukrayna, Rusiya və ABŞ sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə məlumatlandırılıblar", - nəşr onun sözlərindən sitat gətirib.

Yanvarın 10-da ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinə son qoymaq üçün görüşə hazırlıq barədə məlumat verib. Buna cavab olaraq Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya lideri heç bir ilkin şərt olmadan Trampla görüşməyə hazırdır.

Ötən il dekabrın sonunda Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirmişdi ki, bir sıra dövlətlər Vladimir Putin və Donald Tramp arasında mümkün danışıqları qəbul etməyə hazır olduqlarını bəyan ediblər.

Yağmur