Tramp İranla növbəti danışıqların yerini və vaxtını AÇIQLADI
ABŞ və İran arasında diplomatik təmaslar davam etdirilir.
ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında təmasların davam etdiyimi və yarımçıq qalan ABŞ-İran danışıqlarının həftəsonunda reallaşacağını açıqlayıb.
Trampın sözlərinə görə, İranla aparılan danışıqların növbəti mərhələsi yalnız İslamabadda keçirilə bilər:
“İran və ABŞ qarşılıqlı əlaqədədir və bu cür təmaslar bu həftənin sonunda da davam edəcək. Danışıqlar yalnız İslamabadda baş tuta bilər. Mən prosesə yardım etməyən ölkələrə getməkdə maraqlı deyiləm. Danışıqların ikinci mərhələsi bu həftə sonu baş tuta bilər”, - Tramp bildirib.
ABŞ və İran arasında növbəti danışıqların 20 aprel, bazar ertəsi keçiriləcəyi iddia olunur. Bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Səlcuq
SAVASHMEDİA.az