Qarabağ erməniləri geri qayıdacaq? - Paşinyandan AÇIQLAMA

"Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub".

Aug 18, 2025 - 19:28
Qarabağ erməniləri geri qayıdacaq? - Paşinyandan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib.

O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.

“Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”.