Bakının bu ərazilərində qaz olmayacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Aug 18, 2025 - 19:44
Bakının bu ərazilərində qaz olmayacaq

Bakını Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən "30-cu sahə" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti fasilə yaranacaq.