"Müctəba tam sağlamdır. 8 saat oturan adamda problem ola bilər?" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib.

Aug 10, 2026 - 21:02
"Müctəba tam sağlamdır. 8 saat oturan adamda problem ola bilər?" - Pezeşkian

SAVASHMEDIA.az xəbər verir ki, Pezeşkian Xameneinin səhhətinin tamamilə yaxşı olduğunu bildirib.

“Müctəba Xamenei tamamilə sağlamdır. Yeddi-səkkiz saat oturub müzakirə edə bilən adamın səhhətində problem ola bilər?”, - İran prezidenti bildirib.

Pezeşkianın açıqlaması Müctəba Xameneinin səhhəti ilə bağlı son günlər yayılan məlumatların fonunda xüsusi diqqət çəkib.

Aytən