Sentyabrda pensiya kartları dəyişdiriləcək? - Yeni mexanizm hazırlanır

Azərbaycanda maaş və pensiya kartları ilə bağlı yeni mexanizmin tətbiqi gözlənilir.

Aug 10, 2026 - 21:56
Sentyabrda pensiya kartları dəyişdiriləcək? - Yeni mexanizm hazırlanır

SAVASHMEDIA.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov yeni yanaşmaların sentyabr-oktyabr aylarında tətbiq edilə biləcəyini bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır. Yeni mexanizmin əsas məqsədlərindən biri bank sektorunda rəqabəti artırmaqdır.

Mərkəzi Bank rəhbəri daha əvvəl bildirmişdi ki, dövlət və özəl sektorda çalışan şəxslərin maaşlarını istədikləri bank vasitəsilə ala bilməsi üçün müvafiq inteqrasiyalar üzərində iş aparılır. Növbəti mərhələdə bu imkanın pensiyaçılara da şamil edilməsi nəzərdə tutulur.

Hazırda yeni sistemin bütün detalları açıqlanmayıb. Bununla belə, dəyişikliklərin tətbiqindən sonra vətəndaşların maaş və pensiyalarını aldıqları bankı seçmək imkanlarının genişlənəcəyi gözlənilir.

Oğuz