"Amerikada qalıb kuryerlik etsən, bundan yaxşıydı" - Nəriman Axundzadə tənqid olundu
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolumbus Krü” klubundan Türkiyənin “Erzurumspor” komandasına transferi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, azarkeşlər futbolçunun ABŞ-dən Türkiyəyə gəlişini o qədər də müsbət qarşılamayıblar.
Məsələn, rəylərdən birində “Qalıb Amerikada kuryerlik etsən, bundan yaxşı idi” yazıb.
Digər istifadəçi isə daha sərt ifadə işlədib: “Amerikadan Erzuruma gəlmək, atdan düşüb eşşəyə minmək kimi bir şeydir”.
Başqa bir istifadəçi isə futbolçuya “Amerikada Uber zad işləyərdin, neynirsən e Ərzurumu” sözləri ilə müraciət edib.
Bununla belə, bəzi istifadəçilər Nərimanın qərarını müdafiə edərək Türkiyədə daha çox oyun təcrübəsi qazanmasının onun karyerası üçün faydalı olacağını bildiriblər.
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin əvvəlində “Qarabağ”dan ABŞ-nin “Kolumbus Krü” klubuna keçib. ABŞ-də az oyun şansı qazanan 23 yaşlı hücumçu karyerasını Türkiyənin “Erzurumspor” klubunda davam etdirəcək.
Oğuz