Kadırova lağ etdiyinə görə müharibəyə aparırlar - Azərbaycanlı tələbə Moskvada saxlanıldı
Tanınmış hüquqşünas Əkrəm Həsənov Rusiyaya səfər edən Azərbaycan vətəndaşları ilə bağlı xəbərdarlıq edib.
SAVASHMEDIA.az xəbər verir ki, Həsənov sosial şəbəkədə paylaşımında valideynləri övladlarını Rusiyaya göndərməməyə çağırıb.
Hüquqşünas iddiasını konkret hadisə ilə əsaslandırıb. Onun sözlərinə görə, bir azərbaycanlının Moskvada ali məktəbə qəbul olan oğlu Rusiyaya gedərkən hava limanında telefon yoxlamasına məruz qalıb.
Həsənov bildirib ki, telefonda Çeçenistan rəhbəri Ramzan Kadırova dair lağlağı xarakterli şəkil aşkarlandıqdan sonra gənc saxlanılıb.
Onun sözlərinə görə, hazırda həmin şəxsi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzalamağa məcbur edirlər.
Həsənov paylaşımının sonunda Rusiyaya getmək istəyənlərə və valideynlərə müraciət edərək “Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın” çağırışı edib.
Səlcuq