Bu şəxslərin pensiyası yenidən hesablanacaq - Artırıla bilər

Azərbaycanda müxtəlif pensiya hüququ olan şəxslərlə bağlı yeni dəyişiklik təklif olunur.

Aug 10, 2026 - 19:20
Bu şəxslərin pensiyası yenidən hesablanacaq - Artırıla bilər

SAVASHMEDIA.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində bir şəxsin müxtəlif növ əmək pensiyasına hüququ yarandığı halda, pensiyanın avtomatlaşdırılmış qaydada daha yüksək məbləğ əsasında təyin edilməsi təklif olunur.

Yəni şəxsin bir neçə pensiya hüququ varsa, hesablamalar aparılacaq və onun üçün daha yüksək məbləğdə olan pensiya əsas götürüləcək.

Bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, uyğun kateqoriyaya düşən şəxslərin pensiya məbləğinin daha yüksək olması mümkün olacaq.

Hazırda bu, qanun layihəsində nəzərdə tutulan dəyişiklikdir və qüvvəyə minməsi üçün qanunvericilik prosedurlarından keçməlidir.

Aytən