Kart limitləri ləğv edilir? - Rəsmi şəxsdən YENİ AÇIQLAMA
Azərbaycanda bank kartlarına tətbiq edilən mədaxil limitləri ilə bağlı yeni açıqlama verilib.
SAVASHMEDIA.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov limitlərin gələcəkdə yenidən nəzərdən keçirilə biləcəyini deyib.
Onun sözlərinə görə, yeni qaydaların tətbiqindən sonra limitlərə yenidən baxılması və müəyyən hallarda onların dəyişdirilməsi mümkündür. Müştərilər zərurət yarandıqda limitin dəyişdirilməsi ilə bağlı banka müraciət edə bilərlər.
Hazırda limitlərin tamamilə ləğvi ilə bağlı qərar yoxdur. Lakin ABA-nın açıqlaması bu məsələnin gələcəkdə müzakirə oluna biləcəyini göstərir.
Oğuz