Müctəba Xamenei Pezeşkiandan xalqa bu mesajı göndərdi - "7 saat söhbət etdik, dedi ki..."

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ilə keçirdiyi görüş barədə danışıb.

Aug 10, 2026 - 17:23
Müctəba Xamenei Pezeşkiandan xalqa bu mesajı göndərdi - "7 saat söhbət etdik, dedi ki..."

SAVASHMEDİA.az xəbər verir ki, Pezeşkian İranın dövlət televiziyasına müsahibəsində görüşü müsbət və məhsuldar adlandırıb.

Onun sözlərinə görə, görüş çox yaxşı keçib və təxminən 7 saat davam edib.

Pezeşkian bildirib ki, görüş zamanı əsas müzakirə mövzuları insanların dolanışığı, məşğulluğu və mənzil təminatı ilə bağlı məsələlər olub.

İran Prezidenti əlavə edib ki, Müctəba Xameneinin əsas tövsiyələrindən biri ölkə daxilində “birlik və həmrəylik” olub.

Səlcuq