Ermənistan üçün işıq olacağıq? - Paşinyan elektrik ticarətindən DANIŞDI

Ermənistan Azərbaycanla elektrik enerjisi sahəsində əməkdaşlıq imkanını istisna etmir.

Aug 14, 2026 - 13:06
Ermənistan üçün işıq olacağıq? - Paşinyan elektrik ticarətindən DANIŞDI

SAVASHMEDIA.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla elektrik enerjisinin həm idxalı, həm də ixracı istiqamətində əməkdaşlığın mümkün olduğunu bildirib.

Paşinyan qeyd edib ki, Ermənistanın enerji strategiyası tam enerji müstəqilliyinə nail olmaqdır. Bununla belə, ölkə beynəlxalq elektrik enerjisi ticarətindən kənarda qalmaq niyyətində deyil.

Baş nazir vurğulayıb ki, Ermənistan bəzən elektrik enerjisi ixrac, bəzən isə idxal edə bilər. Bu çərçivədə Azərbaycanla da enerji sahəsində əməkdaşlıq mümkündür. Paşinyan həmçinin azərbaycanlı mütəxəssislərin Ermənistana iki dəfə - 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında səfər etdiyini açıqlayıb.

Onun sözlərinə görə, həmin görüşlərdə elektrik ötürücü xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastruktur məsələləri müzakirə olunub.

Səlcuq