Qəzada yaralanan deputatın DOSYESİ – Qazidir, mayor rütbəsi ilə...

Xəbər verdiyimiz kimi, deputat Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvanda baş verən yol qəzasında xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Nov 14, 2026 - 10:58
Nov 14, 2026 - 11:01
Qəzada yaralanan deputatın DOSYESİ – Qazidir, mayor rütbəsi ilə...

SAVASHMEDİA.az deputatın dosyesini təqdim edir.

Təbriz Zeynalov 1990-cı ildə Kəngərli (keçmiş Şərur) rayonunun Qarabağlar kəndində anadan olub. Təhsilini Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib.2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrdə 6 aylıq kursa qatılıb, buranı birinciliklə bitirib. 2015-2016-cı illər ərzində xüsusi təyinatlı kurslarda iştirak edib, xarici ölkələrə kurslara cəlb edilib. Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdə bir gözünü itirib. Qazidir.

O, xəstəliyi ilə əlaqədar ordu sıralarından mayor rütbəsi ilə ehtiyata buraxılıb. 2022-ci ildən dövlət qulluğu sahəsində çalışıb. 

Hərbi xidməti dövründə Silahlı Qüvvələrin yaranmasının “95 illik” və “100 illik” medalları, “Qüsursuz xidmətlərə görə III dərəcəli” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı, “İgidliyinə görə” medalı, “Xocavəndin azad olunmasına” və “Şuşanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilib.

T.Zeynalov ailəlidir, 3 övladı var. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 saylı Qarabağlar seçki dairəsinin deputatıdır. Bitərəfdir. Ali Məclisin Hüquq siyasəti komitəsinin üzvüdür.

Banu