Sabah qar yağacaq - Bu rayonlarda
Sabah Azərbaycanın şərq rayonlarından başlayaraq oktyabrın 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ətraflı
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, oktyabrın 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.