“Miley varsa, pul yardımı olacaq, yoxsa…” - Tramp argentinalı həmkarını dəstəklədi  

ABŞ-nin Argentinaya 20 milyard dollarlıq yardım paketinin taleyi bu ay ölkədə keçiriləcək aralıq seçkilərində Xavyer Mileyin siyasi uğurundan asılı olacaq. 

Oct 15, 2025 - 17:39
“Miley varsa, pul yardımı olacaq, yoxsa…” - Tramp argentinalı həmkarını dəstəklədi  

SAVASHMEDİA.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. 
 
"Seçkilər çox yaxındadır... Məncə, qələbə qazanmaq çox vacibdir. Qalib gəlsə, onun yanında qalacağıq, yoxsa, biz çıxıb gedirik”, - deyə Tramp çərşənbə axşamı Ağ Evdə Argentina prezidenti ilə görüşü zamanı bildirib.

Prezident Tramp görüşdən sonra “Truth” sosial şəbəkəsində belə yazıb: “Ümid edirəm ki, Argentina xalqı onun nə qədər yaxşı iş gördüyünü başa düşür və qarşıdakı aralıq seçkilərdə onu dəstəkləyəcək ki, biz Argentinanın inanılmaz potensialını realizə etməkə kömək edə bilək. Xavyer Miley mənim tam və mütləq dəstəyimə malikdir”.

Ötən cümə axşamı ABŞ Maliyyə Nazirliyi pesonu dəstəkləmək üçün müdaxilə etdiyini açıqladı və Argentinanın dollar kəsiri olan mərkəzi bankına xarici valyutaya çıxış imkanı vermək üçün 20 milyard dollarlıq valyuta mübadiləsinə razılıq verdi. Bu yardım bazar böhranını yumşaltdı və Trampın Latın Amerikasında ən güclü ideoloji müttəfiqi olan Mileyin siyasi cəhətdən vurulmasının qarşısını aldı. 

Argentinada parlament seçkiləri oktyabrın 26-da, prezident seçkiləri isə 2027-ci ildə keçiriləcək.

Aytən İbrahimova