Aİ bunu rəsmən təsdiqlədi

Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə sanksiyalarının daha altı ay müddətinə uzadılmasını rəsmən təsdiqləyib. 

Mar 14, 2025 - 15:15
Aİ bunu rəsmən təsdiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.  

Onun sözlərinə görə, Aİ Rusiyaya təzyiqlərini artırır: “Biz Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü səbəbindən təxminən 2400 fiziki və hüquqi şəxsə qarşı sanksiyalarımızı uzadırıq”. 

Avropa Komissiyasının prezidenti qeyd edib ki, buraya o cümlədən səyahət qadağaları, aktivlərin dondurulması və maliyyələşdirilməyə/resurslara qadağalar daxildir. 

“Bizim qətiyyətlə Ukraynanı dəstəkləməjimiz həlledicidir”, - deyə Ursula fon der Lyayen əlavə edib. 

Xatirə SADİQ