İran "qisas əməliyyatı"na başladı - Təl-Əvivdə partlayış 

İsrailin paytaxtı Təl-Əvivdə partlayışlar olub.

Jun 13, 2025 - 22:42
İran "qisas əməliyyatı"na başladı - Təl-Əvivdə partlayış 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Al Alam” telekanalı isə İran Silahlı Qüvvələrinin İran ərazisinə edilən hücumlara cavab olaraq İsrailə qarşı əməliyyata başladığı məlumatını yayıb.

AFP isə Yerusəlimdə partlayış səslərinin eşildiyini bildirir.

İRNA-nın məlumatına görə, İran İsrailə yüzlərlə ballistik raket atıb.