Prezident keçmiş nazirin oğluna VƏZİFƏ VERDİ - FOTO

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub.

Nov 4, 2026 - 15:51
Prezident keçmiş nazirin oğluna VƏZİFƏ VERDİ - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Xatırladaq ki, ötən gün Səbuhi Sadıqov dövlət başçısının Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub.

Fotoda Zaur Ələkbərov

Fotoda Zaur Abişev