Rus hərbçilər Zəngəzur dəhlizinin keçəcəyi kəndi götürüb? - İDDİA
Erməni jurnalist Jirayr Voskanyan Rusiyanın Sünik (Zəngəzur) bölgəsində hərbi mövcudluğunu artırdığını iddia edib.
SAVASHMEDİA.az xəbər verir ki, Voskanyanın sözlərinə görə, Rusiya hərbçiləri Mehri rayonunun Nuvedi (Nrnadzor) kəndini tam nəzarətə götürüb və bu istiqamətində hərəkət edən avtomobillər saxlanılır.
O bildirib ki, Mehridə qeydiyyatda olmayan Ermənistan və xarici ölkə vətəndaşlarından kəndə giriş üçün xüsusi icazə tələb olunur.
Qeyd edək ki, adıçəkilən kənd Zəngəzur dəhlizinin keçəcəyi marşrut üzərində yerləşir. O, saxlanılan şəxslərin saatlarla dindirildikdən sonra polis şöbəsinə aparıldığını da bildirib.
Voskanyan Ermənistan hakimiyyətini məsələyə aydınlıq gətirməyə çağıraraq, rus hərbçilərinin bölgədə hansı hüquqi əsasla fəaliyyət göstərdiyi və hərəkət azadlığını məhdudlaşdırmaq səlahiyyətini kimdən aldığı ilə bağlı suallar ünvanlayıb.
Qeyd edək ki, Nuvedi kəndi Ermənistanın Sünik vilayətinin Mehri rayonunda, Araz çayı sahilində yerləşir.
Oğuz