Müəllimlərin maaşı niyə gecikir? - Rəsmi AÇIQLAMA

Peşə təhsili müəssisələrində bəzi müəllimlərin maaşlarının gecikməsinin səbəbi açıqlanıb.

Oct 26, 2026 - 18:41
Müəllimlərin maaşı niyə gecikir? - Rəsmi AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, gecikmə yeni işə qəbul olunan müəllim və istehsalat təlimi ustalarına aiddir.

Agentlikdən bildirilib ki, hər tədris ilinin əvvəlində əməkhaqlarının hesablanması üçün yeni tarifləşmə və dərs cədvəlləri hazırlanır. Bu il bəzi müəssisələrdə həmin proseslə bağlı gecikmə yaranıb.

Açıqlamada qeyd olunub ki, sentyabrın son 15 gününə görə ödənilməli olan maaşların oktyabrın 23-dək verilməsi nəzərdə tutulub.

Oğuz