"O barədə heç bir şey danışmayacağam" - Ehtiram Quliyev

“Turan Tovuz”un hədəfi dəyişməyib – çempionluğa oynamaqdır. Əlbəttə, bu yolda klubun yanındayam”.

Oct 25, 2026 - 01:56
"O barədə heç bir şey danışmayacağam" - Ehtiram Quliyev

SAVASHMEDİA.az xəbər verir ki, bunu sportify.az-a açıqlamasında “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

“Gözəl və maraqlı oyun oldu. Belə maraqlı oyunlar olduqca, çempionatımızın da səviyyəsi qalxacaq. Komandamız da yaxşı oynadı. Bu gün 2 xal itirdik. Amma nə etmək olar?! Bu, oyundur” - Quliyev bildirib.

O, klub rəhbərliyindən gedəcəyi barədə şayiələrə münasibət bildirmək istəməyib: “O barədə heç bir şey danışmayacağam. Zəhmət olmasa, yalnız oyunla bağlı suallar verin”.