Bərbəri Ronaldonun kaprizlərindən danışdı - "Kresloda oturmağı sevmir"
Portuqaliya millisi üçün bərbərlik edən Pedru Vieira “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun saçını necə kəsdiyindən danışıb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Pedrunun sözlərinə görə, Ronaldo ondan işini yarım saat ərzində görməsini xahiş edib:
“Dieqo Dalot mənə dedi ki, Ronaldonun saçını kəsəcəm, o, növbənin sonuncusudur. Mən Dalotun saçını kəsərkən bir az narahat oldum.
O, dedi: “Kriştiano gəlir”. Mən idman zalından gələn zaman onun oxuduğunu eşitdim və düşündüm:
“O gəlir, mən həqiqətən də onunla görüşəcəm”. Mən bunu heç vaxt unutmaram. O, dedi: “Cənab, girə bilərəm?”
Mən cavab verdim: “Əlbəttə, bu sənin evindir, mənim deyil”. Mən onun saçını təxminən 25 dəqiqədə kəsdim, çünki Kriştiano uzun müddət kresloda oturmağı sevmir.
O, soruşdu: “Mənim 30 dəqiqəm var, çatdırarsan?” Mən də dedim ki, “bəli, mən çatdıraram”.
Ən yaxşı hiss isə odur ki, Ronaldonun saçını kəsdikdən sonra o, oyunda dubl edir. O zaman çox xoşbəxt hiss edirsiz”.
Ronaldo keçən həftə UEFA Millətlər Liqasının Polşa ilə matçında (5:1) iki qol vurmuşdu.