Ərdoğan baş müşavirini Azərbaycana görə istefaya göndərib? - Apardı sellər Saralı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın istefa verdiyi bildirilir.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyənin TRHaber nəşrinin məlumatına görə, Saralın vəzifəsindən ayrılacağı barədə rəsmi açıqlamanın oktyabrın 26-da veriləcəyi gözlənilir.
Xatırladaq ki, onun istefaya göndəriləcəyi ilə bağlı iddialar Oktay Saralın Azərbaycanda vahid məktəbli formasının tətbiqinə sərt etiraz bildirməsindən sonra gündəmə gəlmişdi.
Türkiyə mediasının məlumatına görə, Azərbaycan tərəfi onun vəzifədən uzaqlaşdırılması üçün Ankaraya müraciət edib.
Oğuz