Azərbaycana görə istefa verən MÜŞAVİR DANIŞDI - "Ərdoğanın göstərişi belə oldu"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifəsindən ayrılması ilə bağlı açıqlama verib.

Oct 25, 2026 - 20:23
Oct 25, 2026 - 21:02
Azərbaycana görə istefa verən MÜŞAVİR DANIŞDI - "Ərdoğanın göstərişi belə oldu"

SAVASHMEDİA.az xəbər verir ki, Saral jurnalist Talat Atillaya açıqlamasında vəzifədən ayrılmasının Ərdoğanın göstərişi ilə reallaşdığını etiraf edib.

“Biz vəzifələrimizdə daimi deyilik. Məni bu vəzifəyə prezidentimiz gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - Saral deyib.

Qeyd edək ki, Oqtay Saral Azərbaycanda vahid məktəbli formalarına və hicablı şagirdlərin məktəbə buraxılmamasına etiraz edərək məsələnin yenidən nəzərdən keçirilməsinə çağırmışdı.

Onun açıqlaması isə rəsmi Bakının sərt reaksiyasına səbəb olmuşdu.

O, Azərbaycana qarşı sərt açıqlama ilə çıxış etməsinə görə işdən çıxarıldığını istisna etməyib: 

“Bəli, görünür ki, səbəb budur. Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur”.

Səlcuq