Deputat oğlunun məhkəməsində hakimlər özlərinə ETİRAZ ETDİLƏR

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə başqa məhkəmədə baxılacaq.

Oct 25, 2026 - 19:26
Deputat oğlunun məhkəməsində hakimlər özlərinə ETİRAZ ETDİLƏR

SAVASHMEDİA.az xəbər verir ki, Əhməd Arzuxan oğlu Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxan hakimlər özlərinə etiraz ediblər.

Bununla əlaqədar material aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Xətai hakimlərinin öz-özlərinə etiraz səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də eyni məhkəmənin hakimi olmasıdır.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Əhməd Əli-zadəyə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.