Deputat oğlunun davasında öldürülən Ceyhunla bağlı YENİ FAKT - Bu gün qızına elçi gələcəkdi

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub.

Oct 24, 2026 - 15:32
Deputat oğlunun davasında öldürülən Ceyhunla bağlı YENİ FAKT - Bu gün qızına elçi gələcəkdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Oxu.Az-a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib.

O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur: 

"Kriminal şəxsin ailəsi olmur. Onun iki övladı var. 19 yaşlı övladını dünən aparmışdılar, heç atasının dəfninə buraxmadılar. Qızına bu gün elçi gələcəkdi, xeyir iş olacaqdı".