Kralın qızı Messini mükafatlandırdı - VİDEO
Lionel Messi ötən gün İspaniyada 2026-cı il idman sahəsi üzrə “Asturiya şahzadəsi” mükafatına layiq görülüb.
SAVASHMEDİA.az xəbər verir ki, Oviedo şəhərinə keçirilən mərasimdə mükafatı kral VI Filippin qızı, Asturiya şahzadəsi Leanor de Burbon şəxsən özü Lionel Messiyə təqdim edib.
Münsiflər heyəti bu qərarı verərkən Messinin futboldakı tarixi uğurlarını, ehtiyaclı uşaqların təhsil və səhiyyə imkanlarını yaxşılaşdırmaq üçün apardığı xeyriyyə fəaliyyətini nəzərə alıblar.
Qeyd edək ki, Messi futbol tarixində bu nüfuzlu mükafatı fərdi şəkildə qazanan ilk futbolçu olub.
“Asturiya şahzadəsi” mükafatı Kral VI Filipin qızı, Asturiya şahzadəsi Leanor de Burbonun rəhbərlik etdiyi fond tərəfindən təqdim olunan dünyaca məşhur beynəlxalq mükafatdır.
Hər il elm, mədəniyyət, idman və humanitar sahələrdə qazanılan böyük uğurlara görə təqdim oluur. Nobel mükafatının İspaniya analoqu hesab edilir.
Banu
Посмотреть эту публикацию в Instagram