Məşhur futbolçu İslam dinini qəbul etdi: "Hesabat verməyəcəyəm" - FOTO

Rusiyanın “Baltika” klubunda çıxış edən Daniil Utkin İslam dinini qəbul edib.

Jul 2, 2025 - 12:04
Məşhur futbolçu İslam dinini qəbul etdi: "Hesabat verməyəcəyəm" - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə özü məlumat verib.

O bildirib ki, İslamı qəbul etdiyi zaman “Rostov” klubunda çıxış edirmiş:

“Bəli, İslam dinini qəbul etmişəm. Ancaq bu, yazıldığı kimi “Axmat” klubunda olarkən yox, “Rostov”da olarkən baş verib. Şəxsi həyatımdır, ətraflı şərh vermək, ictimailəşdirmək, hesabat vermək məcburiyyətində deyiləm”.

Qeyd edək ki, Yarımmüdafiəçi “Rostov” klubunun futbolçusudur. İcarə əsasında 2024-2025-ci ildə “Axmat”da çıxış edib. Yeni mövsüm üçün isə “Baltika”ya icarəyə verilib. O,  “Rostov” və “Axmat”ın heyətində 28 oyun keçirib, 6 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.

Banu

Fotoda: Daniil Utkin