“Prezident Əliyevlə baxışımız eynidir” - Zelenski

“Prezident Əliyevlə baxışımız eynidir: hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır”.

Jul 2, 2025 - 11:48
“Prezident Əliyevlə baxışımız eynidir” - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında yazıb. 

“Rusiyanın Azərbaycan vətəndaşlarını təhqir etdiyi və Azərbaycan Respublikasını hədələdiyi şəraitdə Ukraynadan açıq dəstək ifadə etdim. Səfərov qardaşlarının Rusiya ərazisində qətlə yetirilməsi ilə bağlı Azərbaycana başsağlığımızı verdim. Əminəm ki, bütün faktlar aydınlaşdırılacaq. Və ədalət lazımdır. Prezident Əliyevlə baxışımız eynidir: hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır”, - deyə Zelenski vurğulayıb. 

O, qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə həmçinin ikitərəfli əlaqələri – enerji və humanitar sahədə əməkdaşlığı müzakirə ediblər. “İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsi barədə razılığa gəldik. Hökumət üzvlərimiz işlərini sürətləndirəcəklər”, - deyə Ukrayna prezidenti xəbər verib.

Ukrayna mediası Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən onu da xəbər verib ki, söhbət zamanı “Azərbaycan və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı dəstək bir daha ifadə olunub”.

Xatirə SADİQ