Cey Di Vensdən bədbin proqnoz - “Tezliklə bitəcəyinə inanmıram”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynadakı müharibənin yaxın zamanda bitəcəyinə inanmır.

May 2, 2025 - 11:48
Cey Di Vensdən bədbin proqnoz - “Tezliklə bitəcəyinə inanmıram”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı vitse-prezident Fox News telekanalının aparıcısı Bret Bayerə müsahibəsində deyib.

Onun sözlərinə görə, indi ABŞ-nin vəzifəsi Rusiya və Ukraynaya müharibəni bitirmək üçün “kompromis mövqe” tapmaqda kömək etməkdir.

“İndi tərəflərdən hər biri digərinin sülh şərtlərini bildiyi üçün bu, ruslar və ukraynalılardan asılıdır. Razılığa gəlmək və bu amansız qarşıdurmaya son qoymaq məhz onlardan asılıdır”, - deyə Vens vurğulayıb.

Bununla belə, ABŞ rəsmisi qeyd edib ki, müharibənin tezliklə bitəcəyinə inanmır. “ Bu, heç yana getməyəcək, Bret [Fox News-un aparıcısı Bret Bayer]. Bu, yaxın zamanda bitməyəcək”, - deyə Vens əlavə edib.

Xatirə SADİQ