Kadırov “Heyət Təhrir əl-Şam”ı terrorçular siyahısından çıxarmağa çağırdı
“Suriyada humanitar fəlakətin qarşısını almaq üçün Moskva “Həyat Təhrir əl-Şam”ın terror təşkilatları siyahısından çıxarılması proseduruna başlamalıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov telegram kanalında yazıb.
“Bu prosesin başlanğıcını və ya sonunu gözləmədən, iki ölkənin ilkin əlaqələri qura və problemləri həll etməyə başlaya biləcək təmas qrupunun işini dərhal təşkil etmək vacibdir. Bu, böhrandan mümkün qədər tez çıxmağa və əhaliyə kömək etməyə imkan verən dünya təcrübəsidir”, - deyə o, vurğulayıb.
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə hökumət əleyhinə olan qüvvələr, o cümlədən “Heyət Təhrir əl-Şam” yaraqlıları Dəməşqi ələ keçirərək Bəşər Əsəd rejiminin devrilməsini elan ediblər.
Xatirə SADİQ