“Bunu sonsuza qədər edə bilmərik” - Putindən etiraz
“Müdafiə xərclərinin artırılmasının öz həddi var. Biz bu xərcləri sonsuza qədər artıra bilmərik”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin iclasında deyib.
Onun sözlərinə görə, hazırda müdafiə qabiliyyətinin artırılmasına ayrılan xərclər 6,3%-ə yüksəlib.
Rusiya lideri bunu digər sahələrin, o cümlədən iqtisadiyyatın, elmin, təhsilin, səhiyyənin inkişafının vacibliyi ilə izah edib.
Putin əlavə edib ki, dövlət və rusiyalılar tapşırıqlarını yerinə yetirmək üçün Silahlı Qüvvələrə əlindən gələni verir.
Xatirə SADİQ