Kiyev hakimiyyəti xaricə qaçacaq – Putin
Rusiya prezidenti Vladimir Putin iddia edib ki, Kiyev hakimiyyəti sonda xaricə qaçacaq.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin bunu Rusiya Müdafiə Nazirliyinin yekun kollegiya iclasında deyib.
O, Ukrayna hakimiyyətinin davranışını belə şərh edib: “Pulları oğurlayıblar və rəqs edirlər”.
Putin hesab edir ki, Kiyev rejimi öz xalqının maraqlarını qorumur, çünki ukraynalıların səfərbərlik yaşının 18 yaşa endirilməsini planlaşdırılır.
Onun fikrincə, çağırış yaşının aşağı salınması Ukraynadakı vəziyyətə heç bir şəkildə təsir etməyəcək.
Xatırladaq ki, dekabrın 8-də Suriya prezidenti Bəşər Əsəd ölkədəki silahlı müxalifətə məğlub olaraq vətənindən qaçdı. Dekabrın 9-da məlum olub ki, ona Rusiyada sığınacağı şəxsən Putin verib.
“Financial Times yazıb ki, Əsəd hakimiyyəti 2018 – 2019-cu illərdə Rusiyaya təxminən 250 milyon dollar nağd pul daşıtdırıb.
Onu Rusiyanın siyasi və hərbi himayəsi qurtara bilmədi.
Xatirə SADİQ