Ceyk Polla döyülən Taysondan açıqlama - "Məyus deyiləm, çünki..." 

Əfsanəvi boksçui Mayk Tayson Ceyk Polla məğlub olub.

Nov 16, 2024 - 18:36
Ceyk Polla döyülən Taysondan açıqlama - "Məyus deyiləm, çünki..." 

SAVASHMEDİA.az xəbər verir ki, Texas ştatında “AT&T Stadium” stadionunda baş tutan və 8 raund davam edən görüşdən sonra Mayk Tayson məğlubiyyəti ilə bağlı açıqlama verib.

O, məğlub olmasına baxmayaraq, karyerasını davam etdirəcəyini deyib.

"Hər şey sitiuasiyadan asılıdır. Amma düşünmürəm ki, bu mənim son döyüşümdür", - Tayson bildirib.

Boksçu döyüşün nəticəsinə görə məyus olmadığını da sözlərinə əlavə edib: "Heç bir ruh düşkünlüyüm yoxdur. Çünki Poll yaxşı döyüşçüdür".