"Putin rus əsgərlərinin qoparılan ayaqlarından danışsın" - Kiyevdən SƏRT CAVAB
Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq İqtisadi Forumundakı bəyanatına sərt reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, dünyanın tərəfləri atəşkəsə çağırdığı bir dövrdə Rusiya prezidentinin Ukraynada daha çox ərazinin ələ keçirilməsindən danışması təəssüf doğurur.
Sibiqa Putinin "Rus əsgərinin ayağının dəydiyi yer bizimdir" sözlərini də cavabsız qoymayıb:
"Əslində, rus əsgərinin ayağı hara dəyirsə, özü ilə oraya yalnız ölüm, dağıntı və fəlakət gətirir. Yaxşı olardı ki, Putin rus əsgərlərinin Ukrayna pilotsuz təyyarələri tərəfindən qoparılan ayaqları ilə maraqlansın. O, öz xalqının qatilidir".
Oğuz