1 aydan sonra vəzifədən çıxarılan icra başçısı DANIŞDI - "İndi nə deyim?"

1 ay bundan əvvəl Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Elxan İbrahimov bu gün tutduğu vəzifədən uzaqlaşdırılıb.

Dec 29, 2025 - 19:15
1 aydan sonra vəzifədən çıxarılan icra başçısı DANIŞDI - "İndi nə deyim?"

SAVASHMEDİA.az xəbər verir ki, gununsesi.info-nun əməkdaşı Elxan İbrahimovla əlaqə saxlayaraq, Prezidentin sərəncamını şərh etməsini istəyib.

Elxan İbrahimov əməkdaşımızın ”Yəqin ki, Prezidentin sərəncamı sizin üçün sürpriz oldu. Nə baş verdi” sualına belə cavab verib: “İndi nə deyim, bilmirəm ki…  Sonra danışaq. İclasdayam. Yanımda adamlar var, bir azdan danışaq”.

Bu sözlərindən sonra sabiq başçı telefonun dəstəyini asıb.