Gürcüstan fəalı İrəvana buraxılmadı, Paşinyana bunları yazdı

Milliyyətcə azərbaycanlı olan Gürcüstan fəalı Samirə Bayramova İrəvana buraxılmayıb. 

Nov 26, 2024 - 13:37
Gürcüstan fəalı İrəvana buraxılmadı, Paşinyana bunları yazdı

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Bayramova bu barədə “X” platformasında yazıb.

“Pis hava şəraiti ilə əlaqədar Tbilisiyə uçan təyyarə İrəvan hava limanında məcburən endi. Məni, Gürcüstan vətəndaşını ölkəyə buraxmadılar. Dedilər ki, “milliyyətiniz problemlidir”. Niyə biz bu münaqişənin iştirakçısı olmalıyıq? Bu, Nikol Paşinyanın demokratik bəyanatlarına uyğun gəlmir”, - deyə Bayramova vurğulayıb. 

Xatirə SADİQ